Xocalı sakinində küllü miqdarda silah-sursat aşkarlanıb
Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib, küllü miqdarda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, fermaya baxış keçirilən zaman 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbarası, 3 ədəd qumbara alışdırıcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 13-04-2023, 12:28