mobil versiya

Möhtəşəm kitab sərgisi ilə ANAİB bu dəfə Naxçıvana gəlir


May ayının 13-ü və 14-ü "Naxçıvan" Universitetində "Naxçıvan" Universiteti, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi və "Hədəf" şirkətlər qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi baş tutacaq.
Sərgidə ölkəmizin ziyalıları ilə görüş, məşhur yazıçılarla imza saatları, müxtəlif panellər keçiriləcək. Minlərlə kitab endirimli qiymətlərlə sizə təqdim olunacaq. 

Məkan: "Naxçıvan" Universiteti, saat: 10:00-20:00
Əlaqə nömrəsi: +994 77 255 22 77

Qeyd. Naxçıvanda görmək istədiyiniz məşhurları şərh bölməsinə qeyd etməyi unutmayın. Naxçıvanda yaşayan və sərgidə təqdimatının olmağını istəyən yazıçı və elm xadimlərinin qeyd olunan telefon nömrəsiylə əlaqə saxlamağı xahiş olunur. 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-04-2023, 12:04