mobil versiya

“Gipsy Kings” qrupu Bakıda ilk dəfə çıxış edəcək



“Gipsy Kings” qrupu Bakıda ilk dəfə konsert verəcək. Tədbir iyunun 15-də Bakı Konqres Mərkəzində olacaq.
1979-cu ildə məşhur flamenko ifaçısı Xose Reyes oğlanları Nikolas və Andre Reyes ilə birlikdə “Los Reyes” adlı qrup yaradıb. Sonralar Xosenin yaxın qohumu Toni Palyarde başqa olmaqla virtuoz gitaraçılar sülaləsi də Reyeslər ailəsinə qoşulub. Köçəri həyat tərzi keçirən qrupun adı dəyişdirilərək “Gipsy Kings” qoyulub. Onların “Gipsy Kings” adlı ilk albomu bu kollektivi bütün dünyada məşhurlaşdırıb. 1989-cu ildə “Gipsy Kings” qrupu ABŞ Prezidenti Corc Buşun andiçmə mərasiminə həsr olunmuş müsamirəyə dəvət edilib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-04-2023, 17:48