Əfsanəvi Kollina Bakıda səfərdədir

FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda səfərdədir.
Səfər çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Barış Şimşək və Pyerluici Kollina arasında görüş olub. Görüşdə futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Gianni İnfantino arasında görüş zamanı Pyerluici Kollinanın hakimlərimizlə görüşü müzakirə olunmuşdu.
KARUSEL / İDMAN
Tarix: 5-05-2023, 16:07