mobil versiya

FIFA əfsanəvi futbolçu ilə bağlı işə xitam verdi



FIFA-nın müstəqil etika komitəsinin məhkəmə palatası 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının Təşkilat Komitəsinin keçmiş sədri, saxtakarlıqda ittiham olunan Frants Bekkenbauerlə bağlı işə xitam verib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna iddia müddətinin başa çatması səbəb olub.

Həmçinin ali futbol qurumu sözügedən məsələdə günahlandırılan Horst Rudolf Şmidt və Teo Tsvantsigerin də işinin bağlandığını elan edib.

Qeyd edək ki, 2016-cı ildə "Spiegel" nəşri Almaniyanın FIFA İcraiyyə Komitəsindəki dörd məmura rüşvət verdiyini yazıb. Qəzetin iddiasına görə, ölkədəki rəqabət komissiyası bunun üçün gizli fond yaradıb. O vaxt "Adidas" rəhbəri olan Luis-Dreyfusun fonda 10,3 milyon İsveçrə frankı bağışladığı bildirilib. Almaniya millisinin əfsanəvi futbolçusu Frants Bekkenbauerin həmin fondun yaradılmasından xəbər olduğu vurğulanıb.

SON XƏBƏR / İDMAN
Tarix: 26-02-2021, 13:40