mobil versiya

ABŞ-ın nə qədər nüvə başlığına malik olduğu açıqlanıb



ABŞ Dövlət Departamenti Rusiyanın strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında müqaviləni dayandırmasından sonra ölkədə yerləşdirilən nüvə qüvvələrinin statusunu yeniləyib.
“AzPolitika.info” xəbər verir ki, hazırda Vaşinqton 1419 nüvə başlığına sahibdir.
“Birləşmiş Ştatlar nüvə silahına sahib olan dövlətlər arasında şəffaflığı təşviq etməkdə davam edir. Bu, yanlış təsəvvürlərin, yanlış hesablamaların və bahalı silah rəqabəti ehtimalının azaldılması baxımından son dərəcə dəyərlidir. Bu cür tədbirlər yüksək gərginlik dövründə xüsusilə vacibdir”, - ABŞ Dövlət Departamentindən bildirilib.


KARUSEL / DÜNYA
Tarix: 17-05-2023, 15:49