mobil versiya

Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb



Hazırda bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Verilən açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur. ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
Xatırladaq ki, kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yaradılıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-05-2023, 12:37