mobil versiya

“Bir Peşənin Sirri” Festivalı keçiriləcək



10iyun tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Bulvar ərazisindəki “Saat meydanı”nda “Bir Peşənin Sirri” festivalı təşkil olunacaq.
"Reportyor.az xəbər verir ki,  tədbirin keçirilməsində əsas məqsəd peşə təhsili haqda məlumatlılığı artırmaq, gənclərin, valideynlərin və digər maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təşviq etməkdir.
Avropa İttifaqı və BMTİP-nin dəstəyi ilə keçiriləcək festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi nəzərdə tutulub.
İkinci dəfə keçirilən “Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Festivalın tərəfdaşı Dənizkənarı Bulvar İdarəsi, media tərəfdaşı isə "Azərbaycan televiziya və radio verilişləri" qapalı səhmdar cəmiyyətidir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 31-05-2023, 12:21