Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb
İyunun 8-də ölkə ərazisində qeydə alınan 84, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 247, o cümlədən borclu şəxs qismində axtarışda olan 209 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.
KARUSEL / HADİSƏ
Tarix: 9-06-2023, 10:12



























