mobil versiya

Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Forumuna start verilib



8 iyun tarixində Qazaxıstan paytaxtında iki gün davam edəcək Astana Beynəlxalq Forum-2023 öz işinə başlayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin himayəsi altında keçirilən forum əsas qlobal çağırışların həll yollarının axtarışına yönəlib.
Forumun işində Qırğızıstan Prezidenti, Qətərin Əmiri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Özbəkistanın Baş Naziri, YUNESKO-nun Baş Direktoru, BVF-nin İdarəedici Direktoru, ÜTT-nin Direktoru, ATƏT-in Baş Katibi, ATƏT PA-nın Sədri, ŞƏT-in Baş Katibi, TDT-nin Baş Katibi, AYİB-in Prezidenti, AİB-in Prezidenti və dünyanın müxtəlif yerlərdən gələn digər yüksək vəzifəli şəxslər, o cümlədən biznes icmasının nümayəndələri, ekspertlər, jurnalistlər iştirak edirlər.
Azərbaycandan olan nümayəndə heyətinə Energetika Naziri Pərviz Şahbazov rəhbərlik edir.
Forumun proqramı əsas məruzələri, panel sessiyaları, müzakirələri və digər tədbirləri əhatə edir.

KARUSEL / DÜNYA
Tarix: 8-06-2023, 21:47