Silvio Berluskoninin vəfatı ilə əlaqədar İtaliyada milli matəm elan olunub

Silvio Berluskoninin dəfn mərasimi Milan Katedral kilsəsində İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə dövlət səviyyəsində keçiriləcək və arxiyepiskop Mario Delpini tərəfindən idarə olunacaq.
Baş nazir Ciorcia Meloni Berluskoninin ölüm xəbərindən sonra bütün proqramlarını ləğv edib. İtaliyanın diplomatik nümayəndəliklərində başsağlığı kitablarının açılacağı bildirilib.
Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də müalicə olunduğu Milanın San Raffaele xəstəxanasında 86 yaşında vəfat edib. O, 1994-2011-ci illərdə 4 fərqli hökumətə rəhbərlik edərək ümumilikdə ən uzun müddət Baş nazir vəzifəsini icra edən şəxs kimi İtaliya tarixinə düşüb.
KARUSEL / DÜNYA
Tarix: 13-06-2023, 13:12