İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 15-ə yüksəlib
İtaliyanın Emiliya-Romaniya regionunda leysan yağışlarından sonra baş vermiş sel və daşqınlar nəticəsində həlak olanların sayı 15-ə çatıb.
Yerli KİV xəbər verir ki, axtarış-xilasetmə qrupları daşqınların ən çox ziyan vurduğu qəsəbədən biri olan Luqoda itkin düşmüş 68 yaşlı kişinin cəsədini tapıb.
Qeyd edək ki, bölgədə əlverişsiz hava şəraiti ilə bağlı yenidən qırmızı “Həyəcan” siqnalı elan olunub.
Bu arada,İtaliya hakimiyyəti daşqından zərər çəkmiş Emilia Romanya vilayəti üçün 2 milyard avrodan çox yardım paketini təsdiqləyib. Bundan əlavə, İtaliya hakimiyyəti dövlət muzeyləri üçün biletlərin qiymətlərini 1 avro artırmaq qərarına gəlib, bu pullar zədələnmiş mədəniyyət müəssisələrinin bərpasına sərf olunacaq.
KARUSEL / DÜNYA

Tarix: 24-05-2023, 09:41