mobil versiya

“Bollivud Bakıya Gəlir” adlı tədbirdə iştirak etmək istəyənlərin nəzərinə



Emin Quliyevin təqdimatında Hindistan və Azərbaycanın film sənayesində əməkdaşlığına həsr olunmuş “Bollivud Bakıya Gəlir” adlı tədbir keçiriləcək.

Hindistanın Azərbaycandakı Səfirliyi tədbirdə iştirak etmək istəyənləri iyulun 7-də saat 19:00 səfirlikdə Hindistan və Azərbaycan kinosunun qarşılıqlı dinamik əlaqələrinə həsr olunmuş (vizual) təqdimata dəvət edir. Tədbirdə çox sayda müxtəlif beynəlxalq layihələrin müəllifi olmuş prodüser Emin Quliyev bu maraqlı mövzu ilə bağlı zəngin fikirlərini bölüşəcək. Emin Quliyevin təqdimatından sonra sual-cavab sessiyası baş tutacaq, daha sonra isə hind təamları təqdim olunacaq. 

Tədbirdə iştirak etmək istəyənlər online qeydiyyatdan keçməlidir. Qeydiyyat yerləri məhduddur. Təqdimat başlayandan sonra girişə icazə verilməyəcək:  https://IndAzFilmCooperation.eventbrite.com


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-07-2023, 13:50