Elşad Hacıyevə yüksək vəzifə verildi
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib. Elaşd Hacıyev isə bu zamana kimi nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi vəzifəsində çalışıb.
KARUSEL / GÜNDƏM
Tarix: 11-07-2023, 13:18