mobil versiya

Vilayət Eyvazovdan yeni rəis təyinatı




Daxili işlər orqanlarında yeni təyinat olub.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun digər əmrinə əsasən H.Qasımov Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-10-2021, 11:04