mobil versiya

Joakin Feniksin baş rolda çəkildiyi “Napoleon” filminin treylerinin premyerası olub


Baş rolda aktyor Joakin Feniksin çəkildiyi “Napoleon” adlı Amerika filminin treyleri nümayiş olunub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsərinin rejissoru Ridli Skottdur.
Film fransız imperatoru və hərbi diktatorunun mənşəyi nöqteyi-nəzərindən, onun taxt-taca sürətli yüksəlişi və sevdiyi qadın və həyat yoldaşı Jozefina ilə dəyişkən münasibətləri hekayəsindən bəhs edir. Napoleonun həyat yoldaşı rolunu Vanessa Kirbi ifa edib.
Ekran əsərinin dünya premyerası 2023-cü il dekabrın 22-nə planlaşdırılıb. Filmin ssenarisini Devid Skarp yazıb. Ekran əsərinin ərsəyə gəlməsində “Apple Studios production” və “Scott Free Productions” studiyaları iştirak ediblər.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-07-2023, 17:46