mobil versiya

BƏƏ ilə turizm əlaqələri müzakirə olunub



Hər iki ölkə vətəndaşları üçün vizadan azad rejim elan edilməsindən sonra səfir Mohammed Al Bluşi Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə görüşüb. Tərəflər iki ölkə arasında turizmin təşviqi aspektlərini nəzərdən keçirib. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında vizasız rejimin tətbiqinin qarşılıqlı səfərlərin artmasına verəcəyi töhfə, BƏƏ şirkətlərinin Azərbaycanın turizm sahəsinə investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səfər edən vətəndaşların sayı 18 884 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir.
Hazırda ölkəmizə BƏƏ-nin Dubay, Şarjah və Əbu-Dabi şəhərlərindən həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-07-2023, 16:39