Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlər verilib.
Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyətlər verildi
32. | Azərbaycan Respublikasının Audiovizual Şurası | 1. audiovizual media subyektinin redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi 2. audiovizual media fəaliyyəti üzrə lisenziyanın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi 3. yerüstü yayımçının proqramlarında dövlət dilindən başqa digər dillərdən istifadə edilməsinə razılıq verilməsi 4. audiovizual media subyektinin iştirakçılarının tərkibində edilən dəyişikliyin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə əsaslandırılmış rəyin verilməsi 5. xarici audiovizual yayımçının proqramlarının Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq verilməsi |
33. | Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi | 1. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi 2. çap mediası və ya onlayn media subyektlərinin, informasiya agentliklərinin Media Reyestrinə daxil edilməsi ilə bağlı müraciətin qəbulu 3. Media Reyestrinə daxil edilmiş media subyektinə Media Reyestri şəhadətnaməsinin verilməsi |
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-07-2023, 15:15