“Zəfər Kuboku”nun qalibləri mükafatlandırılıb
Qusarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə “Zəfər Kuboku”nun qalibləri müəyyənləşib.
İyulun 15-16-da keçirilən yarışda 42 jurnalistin təmsil olunduğu 6 komanda mübarizə aparıb.
Turnir Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışın final oyununda “Şuşa” və “Kəlbəcər” komandaları qarşılaşıb. Rəqibinə ardıcıl iki setdə qalib gələn “Şuşa” komandası “Zəfər Kuboku”nun qalibi adını qazanıb.
Mükafatlandırma mərasimində çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.
KARUSEL / İDMAN
Tarix: 17-07-2023, 16:13