“Taxıl sazişi”ni Türkiyə və BMT ilə birlikdə davam etdirə bilərik" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini işğalçıların Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına mane olmaması üçün Rusiyaya qəti təzyiq göstərməyə çağırıb.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “taxıl müqaviləsi”ndən çıxması ilə bağlı bəyanatına reaksiya verib. O, Türkiyə və BMT-yə Ukrayna taxılının təcavüzkar ölkə olmadan dünyanın digər ölkələrinə çatdırılması üçün “Qara dəniz taxil təşəbbüsünü” davam etdirməyi təklif edib.
"Qara dəniz taxil təşəbbüsü gələcəkdə də işləyə bilər və işləməlidir, Rusiyasız da. Taxıl ixracı sazişi Türkiyə və BMT ilə sazişdir - qüvvədə qalır. İndi lazım olan yeganə şey onun dəqiq icrası və dünya tərəfindən terror dövlətinə qarşı qəti təzyiqdir”, - o, ukraynalılara axşam müraciətində deyib.
Bununla bağlı Ukrayna Prezidenti qeyd edib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və BMT-nin Baş katibi Antonio Quterreşə Qara dəniz taxil təşəbbüsü və ya onun ekvivalentinin işinin üçtərəfli formatda davam etdirilməsi təklifi ilə rəsmi məktublar göndərib.
“Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər”, - deyə Zelenski bildirib.
Ukrayna dövlət başçısı bildirib ki, bu, dünyada hər kəs üçün lazımdır. Prezident Zelenski əlavə edib ki, Qara dəniz taxil təşəbbüsü sayəsində artıq dünyanın 45 ölkəsinə 33 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib. Bunun 60 faizi Afrika və Asiya ölkələrinə gedib.
"Ukraynanın mövqeyi həmişə mümkün qədər aydın olub və olacaq: heç kimin heç bir xalqın ərzaq təhlükəsizliyini məhv etməyə ixtiyarı yoxdur. Əgər Kremldə bir dəstə insan hesab edir ki, guya onların ərzaq məhsulları ilə bağlı qərar vermək hüququ var, hansısa ölkədə masalarda yemək olacaq: Misirdə və ya Sudanda, Yəməndə və ya Banqladeşdə, Çində, Hindistanda, Türkiyədə, İndoneziyada, o zaman dünyanın da heç kimə şantajın yolverilməz olduğunu göstərmək imkanı var”, - deyə Zelenski vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 18-07-2023, 10:34