mobil versiya

Rusiya Cənubi Qafqazda sülh və stabillikdə maraqlıdır - Lavrov



Ruusiya Cənubi Qafqazda sülh və stabillikdə maraqlıdır.
Bunu Rusiyanın xarici işlər naziri Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşdə deyib.
“Bizim indicə ayrıca ikitərəfli danışıqlarımız olub. İndi biz üçümüz Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında daha geniş mənada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması vəzifələrinə dair razılaşmalardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün səylərimizi davam etdirəcəyik. Biz bütün bu üçtərəfli sazişlərə bütövlükdə riayət olunmasının və həyata keçirilməsinin tərəfdarıyıq. Biz tərəflərin razılığı ilə vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərimizi davam etdirəcəyik. Bu gün mən sizi sülh müqaviləsi danışıqları prosesinin hazırda hansı mərhələdə olması barədə fikir mübadiləsi aparmağa dəvət etmək istərdim. Biz onun koordinasiyasına hər cür kömək etməyə hazırıq”, - deyə o bildirib.(trend)
KARUSEL / SİYASƏT
Tarix: 25-07-2023, 18:15