Tayvan Çinə casusluq ittihamı ilə beş nəfəri həbs edib
Tayvan hökuməti yüksək səviyyəli diabolo məşqçisini və dörd hərbi veteranı Çin üçün casuslar cəlb etməkdə şübhəli bilinərək həbs edib.
Bu barədə "Radio Free Asia" xəbər yayıb. Taypey baş prokurorunun müavini Tsay Vey-yi bildirib ki, tanınmış diabolo mütəxəssisi Lu Çi-hsien Çin kəşfiyyatçıları tərəfindən işə götürülüb: "Onlar məxfi materiallar əldə etmək və casus şəbəkəsi yaratmaq üçün başqalarını işə cəlb etməklə hələ də aktiv xidmətdə olan əlaqələrindən və dostlarından istifadə etmək üçün ona pul təklif edib".
Lu Çi-hsienin fəaliyyəti qeyri-adi görünüb və adanın milli təhlükəsizlik işçilərinin diqqətini çəkib. O, hərbi bazaların yaxınlığında lombardlar, sələmçilər, pula ehtiyacı olan işçilər axtarıb.
Tsay Vey-yi deyub ki, Lu Çi-hsien öz şəbəkəsinə 10-dan çox adamı cəlb edib və onlara məxfi sənədləri və ya tapa biləcəkləri hər hansı digər məxfi məlumatları toplamaq göstərişi verib. Onun sözlərinə görə, Lu Çin Respublikası Diabolo Federasiyasındakı vəzifəsindən istifadə edib, adı hələ də Tayvana, Penqhuya, Kinmenə və Matsuya nəzarət edən 1911-ci ildəki suveren dövlətə istinad edərək, bir sıra saxtakarlıq əməliyyatları həyata keçirib.
KARUSEL / DÜNYA
Tarix: 26-07-2023, 12:28