BVF Hindistanı düyü ixracına qadağanı ləğv etməyə çağırıb
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal inflyasiyaya təsir etdiyi üçün Hindistanı müəyyən düyü növlərinin ixracına qoyduğu məhdudiyyəti aradan qaldırmağa çağırıb.
Sinxua agentliyi xəbər verir ki, BVF Hindistanın bu qərarının qlobal ərzaq qiymətlərinə mənfi təsir göstərəcəyini proqnozlaşdırır.
BVF-nin baş iqtisadçısı və tədqiqat departamentinin direktoru Pyer-Olivye “Dünya iqtisadiyyatının inkişafı perspektivləri” adlı məruzənin dərc olunmasından sonra keçirilən mətbuat konfransında belə məhdudiyyətlərin dünyada ərzaq qiymətlərinə təsir edəcəyini və qlobal zərərə səbəb ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, iyulun 20-də Hindistan hökuməti daxili tədarükü artırmaq və pərakəndə satış qiymətlərini nəzarətdə saxlamaq üçün “basmati” növü istisna olmaqla, ağ düyünün ixracına qadağa qoyub.
Beynəlxalq Valyuta Fondu, həmçinin Hindistanda ümumdaxili məhsulun artım tempinin bu il 6,1 faizə çatacağını proqnozlaşdırıb ki, bu da regiondakı orta göstəricidən (5,3 faiz) xeyli yüksəkdir.
KARUSEL / DÜNYA

Tarix: 27-07-2023, 14:47