Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilib
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılıb və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınıblar.
KARUSEL / SİYASƏT
Tarix: 28-07-2023, 16:56