mobil versiya

Avqustun 7-dən şagird yerdəyişməsinə başlanılır


Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki,yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək. Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan, 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:
Heydər Əliyev adına lisey;
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
132-134 nömrəli təhsil kompleksi;
T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
İlyas Əfəndiyev adına Elitar gimnaziya;
İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;
Zəngi liseyi;
Bakı Avropa liseyi;
“Ankara məktəbi” məktəb-lisey;
Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
Bülbül adına orta ixtisas musiqi məktəbi;
Humanitar fənlər təmayüllü məktəb-lisey.


KARUSEL / CƏMİYYƏT
Tarix: 2-08-2023, 10:49