mobil versiya

Salyanda retro kino avadanlıqlarının sərgisi təşkil olunub


Salyan rayon Mədəniyyət Mərkəzində Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi qeyd edilib.
Tədbirdə mədəniyyət nümayəndələri, veteran kino işçiləri, aktyorlar, rejissorlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan kinosunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.
Həmçinin Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri, Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, kinorejissor Kürçaylı Məmmədov Azərbaycan kinosuna retrospektiv baxış edib, milli kinonun yaranması və keçdiyi keşməkeşli yoldan söhbət açıb.
Sonra filmlərimizdən müxtəlif epizodlar nümayiş etdirilib, filmlərə bəstələnən mahnılar Mərkəzin solistləri tərəfindən ifa olunub.

Tədbirdən sonra retro kino avadanlıqları sərgisinə baxış olub.
Qeyd edək ki, "Azərbaycan kinosu - 125" adlı sərgi avqust ayının sonunadək giriş sərbəst olmaqla Salyan rayon Mədəniyyət Mərkəzinin foyesində ziyarətçilər üçün açıq qalacaq.(Azərtac)


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-08-2023, 12:53