mobil versiya

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib



Azərbaycanda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.
Qeyd edilib ki, bu, nəzərə alınaraq xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-a qədər artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir:
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün vergi ödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər.
Yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeyd edilən elektron xidmətdən faydalanmaq mümkündür".
Vurğulanıb ki, Dövlət Vergi Xidmətinin göstərdiyi xidmətlərin əksəriyyətinin, o cümlədən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmaq, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmək tövsiyə olunur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-08-2023, 09:54