mobil versiya

Sadır Japarov dron və PUA-nın ixracı qadağan edib




Rusiyaya tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddialara qarşı Qırğızıstanda dron və Pilotsuz Uçuş Aparatlarının ixracı qadağan edilib.
Bu barədə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bildirib.
"Qırğızıstan müstəqil ölkədir. Bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq və çoxtərəfli xarici siyasət aparacağıq”, - deyə o, əlavə edib.
Qeyd edək ki, mediada Qırğızıstandan olan 14 Pilotsuz Uçuş Aparatının (kənd təsərrüfatı dronları) Qazaxıstanda ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb.

KARUSEL / DÜNYA
Tarix: 9-08-2023, 16:43