Havanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə yüksəlib
Havanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə çatıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, avqustun 11-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.
KARUSEL / ÖLKƏ
Tarix: 11-08-2023, 17:39