mobil versiya

Bəlucistanda 23 çinli mühəndisi daşıyan mikroavtobusa hücum edilib



Pakistanın Bəlucistan əyalətində Qvadar şəhərində 23 çinli mühəndisi daşıyan mikroavtobusa hücum edilib, hücum nəticəsində azı 2 yaraqlı öldürülüb.
"Dawn" xəbər verir ki,  ölkədə terror hadisələrinin artması ilə Pəncab Daxili İşlər Nazirliyi əyalətdə yaşayan və ya özəl şirkətlərlə işləyən Çin vətəndaşlarına təhlükəsizlikləri üçün “A” kateqoriyalı özəl mühafizə şirkətlərini işə götürməyə göstəriş verib.
Daxili İşlər Nazirliyi və polis bu ilin fevral ayında əyalətdə hökumət və özəl layihələrdə çalışan Çin vətəndaşlarının təhlükəsizliyini nəzərdən keçirmək üçün iclas keçirib.
Çinin Pakistandakı səfirliyi törədilən terror aktını qətiyyətlə pisləyib və Pakistanı oxşar hadisələrin təkrarlanmaması üçün təsirli tədbirlər görməyə çağırıb.
Çin daha sonra hücumun hərtərəfli araşdırılmasını və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edib.
KARUSEL / DÜNYA
Tarix: 14-08-2023, 11:38