mobil versiya

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib



Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Hörmətli Vladimir Vladimiroviç,
Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm.


KARUSEL / SİYASƏT
Tarix: 15-08-2023, 12:09