mobil versiya

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib



Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

REPORTYOR.AZ-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 25-01-2020, 15:40