Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862 nəfərə yüksəlib
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862, yaralıların sayı isə 2 562 nəfərə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
KARUSEL / DÜNYA
Tarix: 12-09-2023, 09:01