mobil versiya

ABŞ İranın 6 milyard dollarını geri qaytarır



ABŞ və İran arasında imzalanan əsir mübadiləsi sazişi çərçivəsində dondurulmuş İran aktivlərinin 6 milyard dolları Cənubi Koreyadan Qətərə köçürüləcək.
“Reuters” xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bununla bağlı sənəd imzalayıb.
İran tərəfindən saxlanılan 5 ABŞ vətəndaşı pul köçürmələri və 5 iranlının azadlığa buraxılması müqabilində sərbəst buraxılacaq və onların ölkəni tərk etməsinə icazə veriləcək.

KARUSEL / DÜNYA
Tarix: 12-09-2023, 16:15