DYP-dən futbol azarkeşlərinə müraciət
Azarkeşlər sentyabrın 21-də UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda "Qarabağ" və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyuna gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir:
“Ərazidə metronun “Gənclik” stansiyasının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.
Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneəçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.
“Bir daha əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - deyə DYP rəsmisi bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-09-2023, 13:31