mobil versiya

Xankəndi yolundakı “tank abidəsi”ni sökülüb



Ermənilərin Şuşa-Xankəndi yolunun üzərində quraşdırdığı məşhur “tank abidəsi”nin olduğu ərazi də ordumuzun nəzarətinə keçib.
“AzPolitika.info” xəbər verir ki, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa yaxınlığında “qələbə” simvolu kimi qoyulan tank abidəsi ərazidən götürülüb.
Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Ermənilər bu tankı Birinci Qarabağ müharibəsindən sonra bərpa edərək, Şuşaya tuşlanmış vəziyyətdə “abidə” kimi həmin əraziyə yerləşdirmişdilər.

KARUSEL / GÜNDƏM
Tarix: 22-09-2023, 13:46