mobil versiya

Məşhur gürcüstanlı pianoçunun Bakıda konserti olub



Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-09-2023, 10:51