Ərdoğan Naxçıvana səfərə gəlir

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir.
Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur.
Məlumata görə, liderlər Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edəcəklər. Həmçinin, aktual regional və beynəlxalq problemlər, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə və Azərbaycan prezidentlərinin İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılışında iştirakı da gözlənilir.
KARUSEL / SİYASƏT
Tarix: 25-09-2023, 13:13