mobil versiya

27 sentyabr – Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanı ziyarət edilib



27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında İkinci Şəhidlər Xiyabanını ziyarət edib.
Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, şəhid məzarlarına gül dəstələri qoyan veteranlar Vətənin azadlığı uğrunda mübarizədə həlak olan qəhrəmanların ruhuna dualar oxuyub, onların əziz xatirəsi önündə ehtiram hissi ilə baş əyiblər.
Veteranlar və azyaşlı məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Vətənimizin bütövlüyü və təhlükəsizliyinə görə şəhidlərimizə borclu olduğunu bildirib, onların gənc nəslə tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliğinin bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib.
O, dövlətimizin şəhid ailələrinə, veteranlara hər zaman diqqət və qayğı göstərdiyini, Prezident, Ali Baş Komandan İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-09-2023, 17:02