mobil versiya

Xankəndidəki partlayışla bağlı lazımi yardım göstərməyə hazırıq - Türkiyə XİN



Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirdiyini, yüzlərlə insanın ağır yaralandığını böyük kədərlə öyrəndik.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu faciəvi hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik. Türkiyə lazım gələrsə lazımi yardımı göstərməyə hazırdır", - deyə qeyd edilib.
Qeyd edək ki, 25 sentyabr axşam saatlarında Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

KARUSEL / SİYASƏT
Tarix: 27-09-2023, 14:30