mobil versiya

Rusiya qeydiyyatında olan avtomobillərin bu ölkəyə girişinə qadağa qoyulub



Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qüvvəyə minib.
TASS xəbər verir ki, məhdudiyyətlər doqquz yerə qədər oturacaq olan avtomobillərə şamil edilir.
Bildirilir ki, qadağaya istisna krallığın subyektləri və Rusiyada yaşayan Avropa İqtisadi Zonasının vətəndaşları (buraya Aİ ölkələri, Norveç, İslandiya və Lixtenşteyn daxildir), habelə onların ailə üzvlərinə şamil edilir. Bundan əlavə, məhdudiyyətlər diplomatik nəqliyyat vasitələrinə və fövqəladə humanitar hadisələrə (kəskin xəstəlik, ölüm və ya yaxın qohumun dəfni) şamil edilmir.

KARUSEL / DÜNYA
Tarix: 3-10-2023, 09:03