Braziliyalı müəlliflərin əsərlərini tərcümə və nəşr etmək istəyənlər üçün
Braziliya Milli Kitabxanası sentyabrın 26-sında Braziliya Müəlliflərinin əsərlərinin Xaricdə Tərcümə və Nəşrinə Dəstək Proqramına start verib.
Bu barədə Braziliyanın ölkəmizdəki səfirliyi sosial şəbəkədə məlumat verib.
Proqram braziliyalı müəlliflərin əsərlərini tərcümə etmək, nəşr etmək və yaymaq istəyən xarici nəşriyyatlara maliyyə dəstəyi təklif edir.
Proqram yeni tərcümə layihələri üçün 1000 ABŞ dollarından 6000 ABŞ dollarına qədər, təkrar nəşr olunan layihələr üçün isə 3000 ABŞ dollarına qədər maliyyə dəstəyi verir.
Müraciət üçün son tarix: Nəşriyyatçılar tərcümə layihələrini lazımi sənədlərlə birlikdə 2023-cü ilin oktyabrın 27-dək [email protected] ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün [email protected] elektron poçt ünvanına yazmaq olar.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-10-2023, 10:05