mobil versiya

Bu gün Beynəlxalq Müəllimlər Günüdü



Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.
Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
UNESCO xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Arzuladığımız təhsil üçün ehtiyac duyduğumuz müəllimlər: Müəllim çatışmazlığını aradan qaldırmaq üçün qlobal imperativ” mövzusuna həsr olunub.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-10-2023, 08:43