Bu müəllimlər sertifikasiya imtahanlarından azad edilib
60 və daha yuxarı yaşlı müəllimlər builki sertifikasiya imtahanlarında iştirak etməyəcək.
Bunu bu gün Təhsil İnstitutunun direktoru Rüfət Əzizov brifinqdə deyib.
“Həmin müəllimlərin imtahanda könüllü iştirak etməsi qanunvericiliklə tənzimlənəcək.
60 və daha yuxarı şəxsli müəllimlər nazirliyə və instituta müraciət edərək, özlərinə qarşı xüsusi yanaşma istəyirdilər. Sözsüz ki, aralarında könüllü iştirak etmək istəyənlər də olub. O səbəbdən imtahan prosesinə belə bir dəyişiklik edilib”,- deyə o bildirib.
Qeyd edək ki, sabah 28 minə yaxın müəllim sertifikasiya imtahanında iştirak edəcək. 8500 nəfər Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfər isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq. İmtahan gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-06-2023, 14:42