mobil versiya

Tehrandakı səfirliyimizə hücum edən şəxsə tezliklə hökm oxunacaq



İran və Azərbaycan Respublikası arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır.
Bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəri zamanı hava limanında jurnalistlərə açıqlamasında deyib.
Nazir Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və Prezidentin təqib etdiyini diqqətə çatdırıb.
“Tezliklə təqsirləndirilən şəxsə hökm oxunacaq”, - deyə o, əlavə edib.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.

KARUSEL / SİYASƏT
Tarix: 6-10-2023, 11:10