mobil versiya

Prokurorluq orqanlarına qəbul imtahanına 300-dən çox namizəd qatılıb



“Bu gün Prokurorluq orqanlarına 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə həyata keçirilir”.
Bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, hazırda müsabiqənin, birinci yəni test mərhələsi keçirilir.
"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Ümidvarıq ki, bu növbəti müsabiqə nəticəsində yüksək nəzəri biliyə, yüksək mənəvi-əxlaq keyfiyyətlərə malik, geniş dünya görüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar”,- deyə o, əlavə edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-10-2023, 10:55