mobil versiya

Bayden sabah İsrailə gedir



ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pierre məlumat verib. 
Bayden İsrailə səfərindən sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Fələstin, Misir və İordaniya liderləri ilə görüşəcək.
Onun yaydığı yazılı bəyanatda bildirilib ki, Bayden Fələstinin radikal HAMAS hərəkatının son hücumlarından sonra İsrailə sarsılmaz dəstək nümayiş etdirmək və növbəti addımlar barədə məsləhətləşmələr aparmaq üçün İsrailə səfər edəcək.
“Prezident Bayden daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Kral II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşəcək”, – sənəddə deyilir.

KARUSEL / DÜNYA
Tarix: 17-10-2023, 09:38