Diplomatik korpusun nümayəndələri “Füzuli Şəhəri Günü” tədbirlərində iştirak edir
“Füzuli Şəhəri Günü” tədbiri davam edir. Füzuli şəhərinə səfər edən diplomatik korpusun nümayəndələri tədbir çərçivəsində açılan sərgilərlə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, mədəniyyət naziri Adil Kərimli, diplomatik korpusun nümayəndələri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov əvvəlcə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş "Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!" adlı sərgiyə baxıblar. Sonra “Ümumilli Lider Heydər Əliyev və Füzuli" adlı sərgi nümayiş olunub. Bundan başqa, "Yedditəpə kurqanları" abidəsində aşkarlanmış arxeologiya nümunələrinin sərgisi, "Azərxalça" ASC-nin sərgisi, “100 Tar” adlı kompozisiya da qonaqlar tərəfindən maraqla qarşılanıb.
Daha sonra qonaqlar milli mətbəximizin təamlarından dadıblar.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli Şəhəri Günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib. Səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edir. Diplomatik korpus nümayəndələri Şəhər Günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edirlər. Eyni zamanda, işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar.(azərtac)
KARUSEL / GÜNDƏM
Tarix: 17-10-2023, 15:42