mobil versiya

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib


Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak etmək məqsədilə bu gün Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

KARUSEL / SİYASƏT
Tarix: 18-10-2023, 09:26