İtaliya Sloveniya ilə sərhəddə nəzarəti gücləndirir
İtaliya Avropa və Yaxın Şərqdəki son hadisələrlə əlaqədar olaraq Sloveniya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir.
Bu barədə İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə sloveniyalı həmkarı Bostyan Poklukar arasında razılıq əldə olunub.
Bildirilir ki, oktyabrın 21-dən etibarən İtaliya ilə Sloveniya arasında müvəqqəti sərhəd nəzarəti tətbiq olunacaq. Məqsəd terrorizmin və mütəşəkkil cinayətkarlığın qarşısının alınmasıdır. Nazirlər iki ölkə arasında sərhəd nəzarətinin necə və harada həyata keçirilməsinə qərar vermək üçün yaxın vaxtlarda görüş keçirəcəklər.
İtaliya Nazirlər Şurası sərhəd nəzarətinin oktyabrın 21-dən etibarən 10 gün həyata keçiriləcəyi və bu müddətin daha da uzadılmasının mümkünlüyünü açıqlayıb. Tədbirlərin transsərhəd dövriyyəyə və yükdaşımalarına mümkün təsirlərinin minimuma endirilməsi üçün koordinasiyalı hərəkətin vacibliyi vurğulanıb.
KARUSEL / DÜNYA
Tarix: 19-10-2023, 08:56